ARXİPELAQ KÜRSÜSÜ

üzərində adaların sualtı özülü yerləşən, arxipelaq əmələ gətirən, dibin qalxması. цоколь архипелага socle of archipelago
ARXİPELAQ
ARİD İQLİM
OBASTAN VİKİ
Arxipelaq
Arxipelaq — (yunanca arkhon(lider) və pelagos(dəniz)) bir-birinə yaxın yerləşən eyni mənşəli adalar qrupu. Qədimdə bu söz Egey dənizindəki adaları adlandırmaq üçün istifadə olunub. İtalyanca Arcipelago; çoxlu adaları olan Egey dənizinə 13-cü əsrdə venesiyalıların verdikləri ad; orta əsrlər Yunanıstanda "baş dəniz" mənasındadır – bir-birinə yaxın ayrı-ayrı adaların və ya ada qruplarının məcmusu. Eyni Arxipelaq daxilindəki adalar, adətən, eyni mənşəli və oxşar geoloji quruluşa malikdir. Arxipelaq materik (Kanada Arktika arxipelaqı, Bakı arxipelaqı, Abşeron arxipelaqı və s.), mərcan (Marşall arxipelaqları və s.) və vulkan (Solomon arxipelaqları və s.) mənşəli olur.
Arxipelaq dənizi
Arxipelaq dənizi (Fin dili Saaristomeri, İsveç dili Skärgårdshavet) — Baltik dənizinin bir hissəsi olub, Botnik körfəzi, Fin körfəzi və Aland dənizi arasında yerləşir və Finlandiyanın ərazi sularına daxildir. Bu dənizdə adalarının sayına görə dünyanın ən geniş arxipelaqlarından biri yerləşir, lakin bu adalar sahəsinə görə çox kiçikdir və bir-birilərinə çox yaxın yerləşmişdir. Orta dərinliyi 23 metrdir == Arxipelaq suları == Beynəlxalq hüquqda – arxipelaq-dövləti təşkil edən adaların arasında yerləşən və dənizin digər hissələrindən birbaşa çıxış xətləri ilə ayrılan sular; bu xətlər arxipelaqın ən uzaq adalarının və riflərinin ucqar nöqtələrini birləşdirir. Xətlərin uzunluğu 100 dəniz milindən çox olmamalı və onların ümumi sayının yalnız 3%-i 125 dəniz mili uzunluğunda ola bilər. Xətlərin çəkilməsi zamanı arxipelaqın ümumi konfiqurasiyasının nəzərəçarpan pozulmasına yol verilmir. Xətlər daxilində suyun sahəsi ilə qurunun sahəsi arasında nisbət 1:1-dən 9:1-ə qədər olmalıdır. Arxipelaq sularının hüquqi rejimi BMT-nin Dəniz Hüququna dair Konvensiyası 1982-ci ilə nizamlanır. Arxipelaq sularını müəyyən etmək hüququ arxipelaq-dövlətlərə verilmişdir. Arxipelaq suları arxipelaq-dövlətlərin suverenliyi altındadır. Arxipelaq keçidi, yəni normal gəmiçilik və UA-ların normal uçuşu hüquqları sahilyanı dövlətin müəyyən etdiyi xüsusi dəniz koridorları ilə, yaxud Arxipelaq sularında beynəlxalq gəmiçilik və ya Arxipelaq suları üzərindən beynəlxalq uçuş yolları kimi istifadə olunan adi keçidlərlə həyata keçirilir.
Samoa (arxipelaq)
Samoa — Polineziyada arxipelaq. Sahəsi — 3030 km², əhalisi — 250 min nəfər.
Çatem (arxipelaq)
Çatem (ing. Chatham Islands, mao. Wharekauri) — arxipelaq Yeni Zelandiyadan təqribən 680 km. qərbdə yerləşir. Adalarda 45 dəqiqədə xüsusi saat qurşağı istifadə edilir. 1832-ci ildən arxipelaq Yeni Zelandiyanın ərazisi elan edilmişdir. Arxipelaq xüsusi orqan olan ing. Area Outside Territorial Authority birbaşa idarəsindədir və xüsusi ərazi vahidi statusuna malikdir. Arxipelaqın tərkibinə 10 ada daxildir. Onlardan yalnız ikisi daha böyükdür: Çatem (43°53′ c.
Arxipelaq hersoqluğu
Arxipelaq hersoqluğu (yun. Δουκάτο του Αρχιπελάγους, it. Ducato dell'arcipelago) və ya Naksos hersoqluğu — Egey dənizi adalarında Dördüncü Səlib yürüşündən sonra Venesiya Respublikası tərəfindən yaradılmış hersoqluq. Latın imperiyasının vassalı idi. 1537-ci ildə Osmanlı imperiyasının vassalına çevrilmişdir və 1579-cu ildə Osmanlılar tərəfindən ilhaq edilmişdir. Bununla belə, Sifnos (1617-ci ildə fəth edilmişdir) və Tinos (1715-ci ildə fəth edilmişdir) kimi adalarda xristian hakimiyyəti bir müddət sağ qalmışdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Frazee, Charles A.; Frazee, Cathleen. The Island Princes of Greece: The Dukes of the Archipelago. Amsterdam: Adolf M. Hakkert. 1988.
Odlu Torpaq (arxipelaq)
Odlu Torpaq arxipelaqı (isp. Tierra del Fuego [ˈtjera ðel ˈfweɣo]) — Arxipelaq Cənubi Amerikanın cənubunda yerləşir və 40 min adadan ibarətdir. Ümumi sahəsi 73 753 km², ən böyük adası isə Odlu Torpaq adasının 47 992 km² sahəsi vardır. Arxipelaqa daxil adaların böyük hissəsi Çiliyə məxsus olan Maqalyanes-i-la-Argentina-Çilena vilayətinə daxildir. Odlu Torpaq adası isə iki ölkə arasında bölünüb. Argentinaya məxsus hissədə ərazi Odlu Torpaq, Antarktida və Cənubi Atlantika adaları vilayətinə daxildir. Arxipelaq Cənubi Amerika materikindən Magellan boğazı, Antarktika ilə isə Dreyk boğazı ilə ayrılır. Arxipelaqın ən iri adası Odlu Torpaqdır. Cənub hissədə yerləşən Oste və Navarino adaları bir-birindən Biql boğazı vastəsi ilə ayrılır. Ən hündür zirvəsi Darvin dağıdır (2488 m), əvvəllər isə Şipton zirvəsi (2469 m) hesab edilirdi.